WADA Şimali Koreyanın Antidopinq Agentliyinin uyğunluq statusunu bərpa edib

Tarix: 28 Jan 2024 05:23

Ümumdünya Antidopinq Agentliyi (WADA) KXDR Antidopinq Agentliyinə uyğunluq statusunu qaytarıb.

APA-nın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

2024-cü il yanvarın 15-də məlum olub ki, Şimali Koreya Antidopinq Agentliyi bərpa meyarlarına cavab vermək üçün bütün şərtləri yerinə yetirib. Təşkilat 2021-ci ildə auditdən sonra bu statusunu itirmişdi.

Hazırda WADA üç təşkilata - Rusiya Antidopinq Agentliyinə (RUSADA), Asiya Olimpiya Şurasına və Beynəlxalq Fitnes və Bodibildinq Federasiyasına uyğunluq statusunu qaytarmayıb.

Xəbər Lenti