Finlandiyada prezident seçkiləri üçün seçki məntəqələri açılıb

Tarix: 28 Jan 2024 11:18

Finlandiyada prezident seçkiləri başlayıb.

APA xəbər verir ki, Respublika Ədliyyə Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 09:00-da ölkə üzrə 900-dən çox seçki məntəqəsi açılıb.

Sakinlər saat 20:00-a qədər səsvermədə iştirak edə biləcəklər. Seçki məntəqələri bağlandıqdan dərhal sonra Finlandiya Ədliyyə Nazirliyi seçkilərin ilk nəticələrini dərc edəcək.

18 yaşdan yuxarı vətəndaşlar səs verə biləcəklər.

Xəbər Lenti