XƏBƏRDALIQ: Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq

Tarix: 28 Jan 2024 14:34

Avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın 29-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Xəbər Lenti