Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 29 Jan 2024 03:24
Finlandiyada 11 fevralda prezident seçkilərinin ikinci turu keçiriləcək.
APA xəbər verir ki, bu barədə Finlandiya Ədliyyə Nazirliyi səslərin 100%-nin hesablanmasından sonra bildirib.
İkinci turda Milli Koalisiya Partiyasının namizədi, ölkənin keçmiş baş naziri və keçmiş xarici işlər naziri Aleksandr Stubb (27,2% - səs) və keçmiş xarici işlər naziri Pekka Haavisto (25,8% - səs) iştirak edəcək.
Səsvermənin yekun nəticələri yanvarın 30-da elan olunacaq.