Azərbaycandan Ukraynaya generatorlar göndərilib

Tarix: 03 Feb 2026 16:32

Azərbaycandan Ukraynaya generatorlar göndərilib.

APA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 17 generator, 4 daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

Diplomat qeyd edib ki, enerji avadanlıqları Azərbaycan vətəndaşları və bir sıra təşkilatlar tərəfindən səfirliyə bağışlanıb.

“Azərbaycan hökumətinə, təşkilatlara və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycan dövləti də mütəmadi olaraq Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərir.

Toğrul Quluzadə Azərbaycan Ukrayna yardım enerji Yuri Husyev

Xəbər Lenti