Çərşənbə, 4 Ferval, 2026
Tarix: 04 Feb 2026 17:49
Nümunəmiz hələ də müharibədə olanlar üçün öyrənilməli və yol xəritəsi kimi qəbul edilməlidir.
APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.
“Bu altı ay münasibətlərimizin inkişafı üçün çox vacib idi. Biz nəinki Azərbaycan vasitəsilə Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırdıq, həm də Ermənistana neft məhsulları ixrac etməyə başladıq. Başqa sözlə, bu altı ay ərzində əməkdaşlığa başladıq. İndi ticarət əlaqələrimizi artırırıq”, - dövlət başçısı deyib.
Azərbaycan lideri bu səhər Ermənistanın Baş naziri ilə görüşdüyünü və necə irəlilədiklərini müzakirə etdiklərini qeyd edib: “Şübhəsiz ki, bu gün keçirilən mükafatlandırma mərasimi, bu hörmətli münsiflər heyəti və bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi çox ruhlandırıcıdır. Düşünürəm ki, nümunəmiz hələ də müharibədə olanlar üçün öyrənilməli və yol xəritəsi kimi qəbul edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür”, - Prezident İlham Əliyev vurğulayıb.
Ramiz Mikayıloğlu Prezident İlham Əliyev Ermənistan Nikol Paşinyan sülh