Azərbaycan Ukraynadakı səfiri baş nazirinin müavini Aleksey Kulebaya təşəkkür edib

Tarix: 05 Feb 2026 01:20

“Diplomatik korpusdan olan həmkarlarımla birlikdə Ukrayna baş nazirinin müavini Aleksey Kuleba ilə söhbət etməkdən məmnunam”.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Ukraynadakı səfiri Seymur Mərdəliyev öz “X” hesabında yazıb.

O, Azərbaycanın qarşılaşdığı böyük çətinliklər fonunda enerji davamlılığına verdiyi ardıcıl dəstəyə görə baş nazirin müavininə minnətdar olduğunu bildirib.

Xəbər Lenti