Blinken: "ABŞ Ukraynaya silah tədarükünün dayandırılmasının nəticələrini görməyə başlayıb"

Tarix: 30 Jan 2024 04:58

ABŞ administrasiyası Ukraynadakı döyüş meydanında Kiyevə silah tədarükünün dayandırılmasının nəticələrini görməyə başlayıb.

APA xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

"İndi Ukraynaya verdiyimiz hərbi yardım bitib. Hətta döyüş meydanında bunun nə demək olduğuna dair bəzi real sübutlar görürük", - deyə o qeyd edib.

Dövlət katibinin sözlərinə görə, Ukraynaya yardımla bağlı Vaşinqtonda vəziyyətin gələcək inkişafı ABŞ-nin dünya miqyasında nüfuzuna da təsir edəcək. “

Xəbər Lenti