Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 13:39
Azərbaycan Asiya və Avropa arasında əsas logistika rolunu gücləndirməyi hədəfləyir.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Global Times”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün milli inkişaf strategiyaları ilə uzlaşdırılmasını konkret iqtisadi nəticələrə malik uzunmüddətli strateji tərəfdaşlıq kimi qiymətləndirir.
Ceyhun Bayramov bildirib ki, rəsmi Bakı Orta Dəhliz və Zəngəzur Dəhlizini Avrasiya bağlantısının bir-birini tamamlayan elementləri kimi mövqeləndirməklə, Azərbaycan Asiya ilə Avropa arasında əsas logistika mərkəzi rolunu gücləndirməyi, eyni zamanda, regional sabitliyə, iqtisadi artıma və Çinlə qarşılıqlı faydalı əməkdaşlığa töhfə verməyi hədəfləyir.
Toğrul Quluzadə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Orta Dəhliz Zəngəzur Dəhlizi