KİV: Vensin səfərinə hazırlıq üçün ABŞ nümayəndə heyəti Ermənistana gedib

Tarix: 06 Feb 2026 10:02

ABŞ vitse-prezidenti Devid Vensin səfərinə hazırlıq üçün nümayəndə heyəti Ermənistana gedib.

APA xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, İrəvanın “Armenia Marriott” hotelinin bir mərtəbəsini tutan amerikalılar burada 2 həftə qalacaqlar.

ABŞ vitse-prezidenti Devid Vensin İtaliyada keçiriliən Qış Olimpiya Oyunlarından sonra Ermənistan və Azərbaycana səfər edəcəyi bildirilib.

Bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşan ABŞ Prezidenti Donald Tramp Vensin səfər zamanı sülh təşəbbüslərini möhkəmləndirəcəyini və "Tramp marşrutu"nu irəlilədəcəyini qeyd edib.

İlqar Xudiyev Vens ABŞ Ermənistan Azərbaycan

Xəbər Lenti