İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

Tarix: 30 Jan 2024 17:05

Türkiyə ordusu İraqın şimalında terrorçuların hədəflərinə zərbələr endirib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 3 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Xəbər Lenti