Şənbə, 7 Ferval, 2026
Tarix: 06 Feb 2026 20:45
“Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır”.
APA xəbər verir ki, bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan XİN-in İslamabadda baş vermiş terror aktı ilə bağlı başsağlığı mesajına cavab olaraq öz “X” hesabında yazıb.
Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda yerləşən məscidlərdən birində partlayış olub. Hadisə nəticəsində 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.