Sabah Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək

Tarix: 30 Jan 2024 21:25

Sabah Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edəcək.

Tərəflərin iştirakı ilə əvvəlki görüş 2023-cü il noyabrın 30-da sərhəddə baş tutub.

Xəbər Lenti