Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 30 Jan 2024 22:38
Radikal HAMAS hərəkatının saxladığı bütün girovlar azad edilsə belə, İsrail Qəzza zolağında əməliyyatı dayandırmaq niyyətində deyil.
APA-nın məlumatına görə, bunu Almaniyanın “Bild” qəzetinə müsahibəsində İsrailin xarici işlər naziri İsrael Katz deyib.
"Biz girovları azad etmək istərdik. Bu yalnız Qəzzada, Xan-Yunisdə və HAMAS-ın iştirak etdiyi digər yerlərdə hərbi təzyiqlə baş verə bilər", - deyə o bildirib.
Nazir bildirib ki, HAMAS həm hərbi, həm də siyasi cəhətdən məğlub olana qədər müharibəni bitirməyəcəyik.