Mariyana Kuyundziç: Avropa İttifaqı Azərbaycandakı gəncləri parlaq gələcək naminə dəstəkləyir - FOTO

Tarix: 07 Feb 2026 12:54

Avropa İttifaqının Nümayəndəliyi və Gənc Avropa Səfirləri Şəbəkəsinin birgə təşkil etdiyi Avropa Bilik Yarışmasının 5-ci yarışı keçirilib.

APA xəbər verir ki, Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç yarışın açılışında çıxışı zamanı qeyd edib ki, Avropa İttifaqı Azərbaycandakı gəncləri daha parlaq gələcək naminə dəstəkləyir.

“Tədbirlərimiz və birgə fəaliyyətimiz vasitəsilə bir-birimizdən öyrənirik. Gənclər cəmiyyətlərimiz arasında körpülərin qurulmasında əsas rol oynayırlar. Bugünkü yarışma bunun gözəl nümunəsidir”, - səfir qeyd edib.

Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Gənc Avropa Səfirləri (GAS) ilə əməkdaşlıq çərçivəsində Bakıda gənclər arasında təşkil olunan 5-ci “Avropa Bilik Yarışı”nda Azərbaycanın müxtəlif regionlarından 14–26 yaş arası gənclərdən ibarət 18 komanda iştirak edib. Müsabiqə komandalar arasında viktorina formatında keçirilib. Komandalar bir sıra sualları cavablandırıb və düzgün cavabların sayına əsasən xal qazanıblar. Ən yüksək bal toplayan komandalar qalib elan edilib. İlk üç yeri tutan komandaya xüsusi mükafatlar təqdim edilib, Aİ-nin səfiri Aİ-yə üzv dövlətlərin səfirləri və nümayəndələri ilə birlikdə yarışmanın bütün finalçılarına sertifikatlar təqdim edib.

İlqar Xudiyev Avropa İttifaqı Mariyana Kuyundzi yarış

Xəbər Lenti