Cümə axşamı, 26 Mart, 2026
Tarix: 31 Jan 2024 14:18
Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadimin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri, çələng qoyulub.

