Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 31 Jan 2024 16:13
Rusiyadan silah alınması ilə bağlı əsas məsələlər, görünür ki, həll olunub.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan deyib.
Nazir xatırladıb ki, bu kimi məsələlərlə bağlı müzakirələr ictimaiyyətə açıqlanmır, lakin onun bildiyi qədər bütün əsas məsələlərin həll olunub.
“Ən azı Müdafiə Nazirliyindəki tərəfdaşlarımdan sualların qaldığına dair heç bir siqnal almamışam”, - deyə nazir bildirib.