Cümə axşamı, 26 Mart, 2026
Tarix: 31 Jan 2024 19:11
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşünə dair mətbuat məlumat yayıb.
APA-nın xəbərinə məlumatda bildirilir ki, 31 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
***
18:17
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başa çatıb.
APA xəbər verir ki, tərəflərin 6-ci görüşü Qazaxda keçirilib.
***
13:46
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.
APA xəbər verir ki, iclas Ermənistan-Azərbaycan sərhədində - Qazaxda keçirilir.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edir.
Qeyd edək ki, tərəflər sonuncu dəfə ötən ilin 30 noyabr tarixində görüşüblər.