NATO-nun baş katibinin Nobel Mükafatına namizədliyi irəli sürülüb

Tarix: 01 Feb 2024 07:48

NATO-nun baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

APA xəbər verir ki, bu barədə “Verdens Gang” (VG) qəzeti məlumat yayıb.

Onun namizədliyini Liberal Partiyasının sədr müavini, Norveçin keçmiş mədəniyyət naziri Abid Raca təklif edib.

“Son bir il ərzində heç kim Avropada və dünyada sülh və demokratiya üçün Yens Stoltenberq qədər iş görməyib”, o, nəşrə müsahibəsində deyib.

Xəbər Lenti