Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 01 Feb 2024 10:16
Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyanı saxlayıb.
APA "Hraparak"a istinadən xəbər verir ki, o, İqtisadiyyat Nazirliyində sui-istifadə hallarına görə saxlanılıb.
Nəşrin məlumatına görə, saxlanılmağa səbəb Gevorqyanın İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində “Synergy” şirkətinin əməkdaşı kimi iştirak etməsi olub.