Qaribaşvili hakim partiyanın sədri seçilib

Tarix: 01 Feb 2024 14:14

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurultayı keçirilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, sabiq Baş nazir İrakli Qaribaşvili qurultayda partiyanın sədri seçilib.

Nümayəndələr onun namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, hakim partiya bu gün eyni zamanda, Baş nazir psotuna namizədini təsdiqləyəcək.

Xəbər Lenti