Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 01 Feb 2024 14:11
Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasının ikitərəfli münasibətlərə de-yure və de-fakto mənfi təsir göstərməməsi Rusiya üçün vacibdir, Moskva bunu qiymətləndirir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə daxil olması onun suveren işidir. Rusiya üçün vacib olanı bunun Moskva-İrəvan münasibətlərinə mənfi təsir etməməsidir”, - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.