Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 01 Feb 2024 20:50
Rusiya bir neçə səbəbə görə Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz.
APA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radisosuna müsahibəsində bildirib.
“Biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya biləcəyimizi başa düşməliyik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual və konsepsiyanın yaradılmasında heç bir çətinlik yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97 faizi Rusiya Federasiyası ilə idi”, - deyə hökumət başçısı bildirib.