Bişkekin əsas İES-də qəza oub, beş nəfər xəsarət alıb

Tarix: 02 Feb 2024 07:21

Qırğızıstanın paytaxtı Bişkekdə əsas istilik elektrik stansiyalarından birində qəza olub.

APA xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Stansiyanın qazanxanalardan birinin partlaması nəticəsində paytaxtın bir neçə ərazisi istilksiz qalıb.

Məktəb və bağçaların distant rejimə keçdiyi barədə də məlumat var.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün operativ qərargah yaradılıb.

Xəbər Lenti