BMT Sudanda insanların aclıqdan ölməsi ilə bağlı xəbərlərdən narahatdır

Tarix: 02 Feb 2024 16:13

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) Sudanda insanların aclıqdan ölməsi ilə bağlı xəbərlər aldığını bildirib.

APA "Reuters"' istinadən xəbər verir ki, Ümumdünya Ərzaq Proqramı Sudandakı döyüş tərəflərinə - Sudan ordusuna və paramilitar Çevik Dəstək Qüvvələrini (RSF) təcili çağırış edib.

BMT Agentliyi tərəfləri ac köçkün mülki əhalinin məskulaşdığı bölgələrə humanitar ərzaq yardımının maneəsiz çatdırılması üçün təcili təminat verməyə çağırıb.

Xəbər Lenti