Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 03 Feb 2024 01:19
Türkiyə Mərkəzi Bankının yeni sədri məlum olub.
APA xəbər verir ki, bu posta Fatih Karahan gətirilib. Qərar “Rəsmi Qəzet”də dərc edilib.
Karahan bu günədək Mərkəzi Bankın sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən gün Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan istefa verib.