Qəzza zolağının atəşə tutulması nəticəsində 8 nəfər həlak olub

Tarix: 03 Feb 2024 05:39

İsrail ordusunun Qəzza zolağının cənubunda yaşayış binalarını atəşə tutması nəticəsində azı 8 nəfər həlak olub.

APA-nın Əl-Cəzirə telekanalına istinadla məlumatına görə, İsrail hərbçilərinin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində yaşayış binalarını atəşə tutması nəticəsində azı 8 fələstinli həlak olub. Binalardan birində baş verən partlayış nəticəsində onlarla insanın da yaralandığı bildirilir.

Xəbər Lenti