Cümə, 13 Ferval, 2026
Tarix: 12 Feb 2026 20:37
Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşmasından məmnundur.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin işə salınması ilə Gürcüstan coğrafi xəritələrdən itməyəcək.
"Asiya ilə Avropa arasında qarşılıqlı əlaqələrdə Gürcüstanın əhəmiyyəti əvəzolunmazdır. Əgər kimsə Zəngəzur dəhlizinin digər dəhlizi əvəzləyəcəyini düşünürsə, həmin şəxslər ya məlumatsızdırlar, ya da bilərəkdən yalan söyləyirlər", - vitse-spiker əlavə edib.
Cəmilə Babayeva