Estoniya Ukraynaya “Javelin” tank əleyhinə sistemləri təhvil verib

Tarix: 03 Feb 2024 18:03

Estoniya Ukraynaya “Javelin” tank əleyhinə sistemlərin daxil olduğu hərbi yardım paketini təhvil verib.

APA xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb. Estoniya bundan əlavə Ukraynaya pulemyotlar, atıcı silahların sursatları, yerüstü və su avadanlığı, həmçinin dalğıc ləvazimatları verib.

Silahların dəqiq sayı, Ukraynaya çatma vaxtı və yeri təhlükəsizlik baxımından açıqlanmayıb. Bildirilib ki, 2022-ci ildən bəri Estoniya Ukraynaya təxminən 500 milyon avro yardım edib.

Xəbər Lenti