Vilnüsdə təyyarə uçuş-enmə zolağından çıxıb, aeroport üç saat bağlanıb

Tarix: 03 Feb 2024 21:45

Vilnüs hava limanında 179 sərnişin və altı ekipaj üzvü olan təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb.

APA xəbər xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Milandan uçan təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində Vilnüs Beynəlxalq Hava Limanı üç saat bağlanıb.

Xəsarət alan olmayıb.

İlkin məlumata görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Xəbər Lenti