Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 03 Feb 2024 23:13
Ukrayna Silahlı Qüvvələrinin separatçıların nəzarətində olan Luqanskdakı Lisiçansk əyalətinə endiridiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb..
Xəsarət alan 10 nəfərdən 5-in vəziyyəti ağırdır.
***
Saat 21:02
Ukrayna Silahlı Qüvvələri separatçıların nəzarətində olan Luqanskdakı Lisiçansk əyalətinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Çörək zavoduna endirilən zərbə nəticəsində yeddi nəfər ölüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti daha əvvəl dağıntılar altından beş nəfərin cəsədinin çıxarıldığı barədə məlumat yaymışdı.
Xəsarət alanların sayı altı nəfərdir.