Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 03 Feb 2024 23:49
Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılmasından söhbət gedə bilməz.
APA xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo bildirib.
"Biz sərhədləri aça bilmərik. Eyni zamanda, hər hansı qeyri-qanuni girişə qarşı tədbirlər hazırlamalıyıq. Hazırda hökumət bununla fəal məşğuldur. Bunun həll yolları asan olmayacaq. Finlandiya ilk növbədə sərhədlərinin təhlükəsizliyinə, milli təhlükəsizliyinə diqqət yetirir", - deyə nazir bildirib.