Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə gəlib

Tarix: 23 Nov 2023 20:51

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər Lenti