Prezident: "Azərbaycan ilə Mərkəzi Asiya ölkələri iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir"

Tarix: 23 Nov 2023 20:22

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir.

"Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir", - deyə Prezident bildirib.

Xəbər Lenti