Azərbaycan XİN : Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır

Tarix: 04 Feb 2024 21:10

“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”.

APA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında bildirib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib.

2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların qurbanı olub” paylaşımda deyilir.

Xəbər Lenti