Şənbə, 14 Ferval, 2026
Tarix: 14 Feb 2026 14:40
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov saxlanılıblar.
Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.
Əlibəy Zeynallı Şirvan narkotiklərin qanunsuz dövriyyəsi