Qriqoryan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

Tarix: 14 Feb 2026 16:22

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

APA xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayaraq, bu formatda ikitərəfli əlaqələrin qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Armen Qriqoryan sülh prosesinin gedişatını təqdim edib, regional əlaqələrin açılmasından yarana biləcək iqtisadi imkanlara və Ermənistan-Azərbaycan münasibətlərinin mövcud dinamikasına toxunub.

Görüşün ikinci hissəsində Təhlükəsizlik Şurasının katibi iştirakçıların suallarını cavablandırıb.

Fərid Əkbərov Azərbaycan Ermənistan Qriqoryan

Xəbər Lenti