Şənbə, 14 Ferval, 2026
Tarix: 14 Feb 2026 18:26
Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir.
APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib.
Dövlət başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq.
“Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar”, - deyə Prezident əlavə edib.