Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra Avropa istiqamətinə gedən dəhlizin çox böyük potensialı var

Tarix: 14 Feb 2026 18:16

Azərbaycandan Ermənistana və daha sonra Avropa istiqamətlərinə gedən dəhliz yük daşımalarının həcmi baxımından böyük potensiala malikdir.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

“Artıq investisiyalar mövcuddur. Regional bağlantı layihələri, təkcə dəmir yolu deyil, həm də fiber optikdən söhbət gedir. Hazırda bu il hazır olacaq Xəzər dənizinin dibi ilə fiber optik kabelin çəkilməsi üçün Mərkəzi Asiya tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Həmçinin Ermənistanla sülh əldə edildikdən sonra yeni imkanlar haqqında düşünürük. Azərbaycandan Ermənistana və daha sonra Avropa istiqamətlərinə gedən dəhliz yük daşımalarının həcmi baxımından da böyük potensiala malikdir. Azərbaycan hazırda öz ərazisində dəmir yoluna investisiya yatırır”, - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti bildirib ki, tikintisi və təmiri nəzərdə tutulan dəmir yolunun ümumi uzunluğu 600 kilometrdir: “Beləliklə, bu, bitən kimi, Azərbaycandan keçən Orta Dəhlizin iki genişləndirilməsi olacaq və bu, Qərbin, Şərqin və təbii ki, Cənubi Qafqazda yerləşən ölkənin xeyrinə olacaq”.

Xəbər Lenti