Şənbə, 14 Ferval, 2026
Tarix: 14 Feb 2026 19:31
Çinin keçmiş dövlət müşaviri münaqişələrin qarşısının alınmasında iqtisadi əlaqələrin rolunu vurğulayıb.
APA-nın xəbərinə görə, Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri, Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti Vanq Huiyao Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda paneldə bildirib ki, onlar üçün Mərkəzi Asiya, Xəzər regionu və Türkiyə Avropaya kömək etmək çox vacibdir, çünki bu, sadəcə, nəqliyyat marşrutu deyil.
"Enerji, daha çox yaşıl enerji əməkdaşlığı var. Ətraf mühit də var. Bütün digər istehsal və bütün investisiyalar bu şeylərlə birlikdə gəlir. Ona görə də düşünürəm ki, bizə bir uğur hekayəsi, qurulmuş infrastruktur lazımdır. Çin atalar sözündə deyilir ki, varlı olmaq istəyirsinizsə, əvvəlcə yollar tikin. Ona görə də həmin dəhlizləri tikmək və həmin hissəni birləşdirmək, beləliklə, Çin və Avropanı Mərkəzi Asiya, Qafqaz ölkələri vasitəsilə birləşdirmək çox doğru olacaq. Bu, bütün ölkələrə fayda verəcək. Beləliklə, nə qədər çox ticarət etsək, bir o qədər çox birlikdə iş aparsaq, bir o qədər çox etimad qazansaq, münaqişəyə girməkdənsə, daha çox sülh axtaracağıq. Beləliklə, hələ də Üçüncü Dünya Müharibəsinə başlamayacağımıza inanıram. Çünki bütün dünya bir-biri ilə çox bağlıdır. Bundan sonra əlaqəmizi pozmağa imkan verməməliyik”, – deyə o qeyd edib.
Ramiz Mikayıloğlu Çin iqtisadi əlaqələr