Sudan XİN başçısı diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə İrana gedib

Tarix: 05 Feb 2024 13:17

Sudanın xarici işlər naziri İranla diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə İrana səfər edib.

APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Sudan xarici işlər naziri Əli əs-Sadiq görüşüb, müzakirələr aparıb.

Bu iki ölkə arasında diplomatik münasibətlərin bərpasından sonra Sudan xarici işlər nazirinin Tehrana ilk səfəridir.

Qeyd edək ki, ötən ilin oktyabrında İran və Sudan birgə bəyanat verərək 8 ildən sonra siyasi əlaqələri bərpa edəcəklərini açıqlayıb.

Xəbər Lenti