Prezident: Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Serbiya strateji tərəfdaşlığının dərinləşməsinə nail olacağıq

Tarix: 15 Feb 2026 10:44

Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Serbiya ənənəvi dostluq münasibətlərinin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda əksini tapıb.

“Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu gün qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərimiz hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir. Şübhəsiz, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, fəal siyasi dialoqumuz bu əlaqələrin daha sürətlə inkişafına və strateji tərəfdaşlığımızın möhkəmlənməsinə şərait yaradır. Bu yaxınlarda Davosda Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Serbiya

Xəbər Lenti