Borel Kiyevə səfər edəcək

Tarix: 05 Feb 2024 20:36

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizli Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel Kiyevə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Borel Varşavada Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında bildirib.

Bununla belə, Borel səfərin dəqiq tarixini açıqlamayıb.

Mətbuat konfransı zamanı Borel Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketi hazırlandığını bildirib.

Qeyd edib ki, bu paket bir çox fiziki şəxsləri, qurumları, eləcə də Rusiyanın sanksiyalardan yan keçməsində iştirak edən müxtəlif ölkələrdən olan şirkətləri əhatə edəcək.

Xəbər Lenti