Vuçiç: Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir

Tarix: 15 Feb 2026 18:01

İstərdim ki, azərbaycanlılar Serbiyaya tez-tez səfər etsinlər. Rahatlıq, əmin-amanlıq, təhlükəsizlik tam şəkildə təmin edilir.

APA xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“Hər iki ölkədə təhlükəsizlik ən yüksək səviyyədədir və bizim Azərbaycan xalqı ilə olan birbaşa təmaslarımız da vacibdir”, - deyə Serbiya Prezidenti əlavə edib.

Vuçiç Serbiya Azərbaycan təhlükəsizlik

Xəbər Lenti