Cümə axşamı, 26 Mart, 2026
Tarix: 05 Feb 2024 21:55
Azərbaycan Xarici İşlər Nazirliyi Çilidə baş vermiş meşə yanğınları ilə əlaqədar başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsində paylaşım edilib.
"Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. Bu böyük miqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - deyə qeyd olunub.