, 15 Ferval, 2026
Tarix: 15 Feb 2026 20:09
Prezident İlham Əliyev Aleksandar Vuçiçlə dostluğunu yüksək qiymətləndirib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib.
“Təşəkkür edirəm. Hörmətli cənab Prezident, əziz dostlar. İlk növbədə dəvətə görə təşəkkür edirəm. Yenidən Serbiyada olmaqdan çox şadam. Həmçinin təkcə bazar günü deyil, həm də milli bayram günündə mənə vaxt ayırdığına görə dostum Aleksandara minnətdaram. Yeri gəlmişkən, Dövlətçilik Gününüzü təbrik edirəm. Bunun özü də aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir ki, dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyev Aleksandar Vuçiç