, 15 Ferval, 2026
Tarix: 15 Feb 2026 20:05
Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq.
APA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib.
“Əziz dostum cənab Prezident və Azərbaycandan gəlmiş hörmətli dostlar, biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Bu, o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin”, - deyə Aleksandar Vuçiç qeyd edib.
Aleksandar Vuçiç Azərbaycan strateji tərəfdaşlıq