İcma sədri: Qərbi Azərbaycanda 740 müsəlman qəbirstanlığının koordinatı müəyyən edilib

Tarix: 16 Feb 2026 15:44

Qərbi Azərbaycanda 740 müsəlman qəbirstanlığının koordinatları müəyyən edilib.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qafqaz Müsəlmanları İdarəsi və Qərbi Azərbaycan İcmasının birgə tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, müsəlman qəbiristanlıqlarınin əksəriyyəti yer üzündən silinməkdədir: "Bəzilərinin üzərində erməni qəbirstanlığı salınıb. Bu, dəhşətli faktdır və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bununla bağlı QMİ ilə müştərək tədbirlər keçirilməlidir".

Günay Elşən

Xəbər Lenti