Belarus səfiri Qarabağ Universitetində olub

Tarix: 16 Feb 2026 17:05

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Xankəndi şəhərinə səfər çərçivəsində Qarabağ Universitetində olub.

APA xəbər verir ki, bu barədə Belarus səfirliyi məlumat yayıb.

Məlumata görə, səfir rektor Şahin Bayramovla görüşüb. Görüşdə universitetlə Belarus ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması müzakirə olunub.

İlqar Xudiyev Belarus səfiri Qarabağ Universiteti Xankəndi

Xəbər Lenti