Çərşənbə axşamı, 17 Ferval, 2026
Tarix: 17 Feb 2026 11:15
Bu il Slovakiya ilə Azərbaycan arasında bir sıra yüksək səviyyəli rəsmi və işgüzar səfərlər planlaşdırılıb.
Bunu APA-ya müsahibəsində Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov deyib.
Səfirin sözlərinə görə, bu il Slovakiya Prezidenti Peter Pelleqrini və Slovakiya Milli Şurasının sədri Rixard Raşinin Azərbaycana səfərləri nəzərdə tutulur.
“Hazırda bu səfərlərin vaxtının razılaşdırılması istiqamətində iş aparılır. Bizdə olan məlumata görə, Prezident və Milli Şuranın sədri Azərbaycana səfərləri zamanı azad olunmuş ərazilərə də baş çəkməyi planlaşdırır”, - diplomat qeyd edib.
Aygün Carçıyeva
Slovakiya Prezidenti Peter Pelleqrini Slovakiya Milli Şurası Rixard Raşi Azərbaycanın azad olunmuş əraziləri